Admin Admin
Mesaj Sayısı : 549 Puan : 1457 Reputation : 15
| Konu: Mirzə SAKİT-Şeiri Sapı özümüzdən Perş. Tem. 25, 2013 5:30 am | |
| Mirzə SAKİT-Şeirləri
Sapı özümüzdən…
Məni bir dümbələk yaman aldadır Sapı özümüzdən olan baltadır.
Ağlını bilmirəm, boyu bir sütun, Yıxılanda deyir, qolumdan tutun, Gizlində zəhrimar, dili zəqqutun, Aşkarda amma ki, sözü bal dadır Sapı özümüzdən olan baltadır.
On yeddi ildi ki, düşübdür tora, Axşam evə gedir, səhər kantora, Kim hara istəsə dartıllar ora, Boynunda qalstuk sanki xaltadır Sapı özümüzdən olan baltadır.
Kitab vərəqləyib siyasət açan, Tərifdən xoşlanıb, tənqiddən qaçan, Dözüm hoqqasına mən nə vaxtacan? Tıq-tıq xanım kimi hələ yoldadır Sapı özümüzdən olan baltadır.
Nisyəylə işi yox, qoçaqdı nağda, Bir gözü soldadır, bir gözü sağda, Xeyirli iş olsa gedir qabağda… Qiyamət düşəndə gördüm daldadır Sapı özümüzdən olan baltadır.
Məni oda salıb, özü sərində, Yazıb bitirməyir gic əsərin də, Könhə maşın kimi qalıb yerində, Deyəsən, benzini bitib “nolda”dır Sapı özümüzdən olan baltadır.
| |
|